BMT baş katibi: Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır - VİDEO

BMT baş katibi: Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır - <span style="color: red;">VİDEO
# 02 mart 2014 04:46 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun Ukraynada münaqişə tərəflərini sakitliyə və ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına çağırıb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, jurnalistlərə onun nümayəndəsi Martin Nesirki bildirib.

“Baş katib yenidən Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasına dair çağırışını təkrarlayır. O dərhal sakitliyin bərpa olunmasına və böhranın nizamlanması üçün bütün maraqlı tərəflər arasında birbaşa dialoqun başlanmasına çağırıb”, deyə Nesirki bildirib.

O, Rusiya Federasiya Şurasının Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verməsini şərh etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR