Gürcü çaxırının birinci partiyası Rusiyaya göndərilib

Gürcü çaxırının birinci partiyası Rusiyaya göndərilib
# 14 iyun 2013 22:44 (UTC +04:00)

Bakı-APA. “Duqladzenin çaxır şirkəti” MMC-si yeddiillik fasilədən sonra ötən gün Gürcüstan çaxırının birinci partiyasını Rusiyaya göndərib.

“Rusiyaya iki maşın – 30 min şüşə çaxır göndərilib”, deyə şirkətin müdiri Zaza Duqladze bildirib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Zaza Duqladze bildirib ki, həftə ərzində Rusiya bazarına daha 150 min şüşə çaxır göndərmək planlaşdırılır.

Onun sözlərinə görə, iyun-iyul ayları ərzində şirkət Rusiyaya müxtəlif çeşiddə 500 min şüşə çaxır və 5 növ konyak göndərmək niyyətindədir.

“Duqladzenin çaxır şirkəti”ndən başqa “Kaxetiyanın ənənəvi şərabçılığı” şirkətinə də Rusiyaya çaxır göndərmək hüququ verilib. Bu şirkət artıq 3 gün əvvəl gürcü konyakının birinci partiyasını Rusiyaya yola salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR