Azərbaycanda 19 minə yaxın elektron imza verilib

Azərbaycanda 19 minə yaxın elektron imza verilib
# 09 iyun 2014 15:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə mayın 31-ə olan statistik məlumatı açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, ölkə üzrə əldə olunan elektron imza sertifikatları 18 998 ədəd təşkil edib. Dövlət qurumlarına 12 924 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 907-yə çatıb. Vətəndaşlar isə 5 167 sertifikat əldə ediblər.

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR