Mərziyə Əfxəm: “İran və Türkiyənin iki qonşu və müsəlman ölkəsi kimi bir çox ortaq əməkdaşlıq sahələri var”

Mərziyə Əfxəm: “İran və Türkiyənin iki qonşu və müsəlman ölkəsi kimi bir çox ortaq əməkdaşlıq sahələri var”
# 28 yanvar 2014 11:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran və Türkiyənin iki qonşu və müsəlman ölkəsi kimi bir çox ortaq əməkdaşlıq sahələri var”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib. O deyib ki, iki ölkə arasında ikitərəfli əlaqələr və regional məsələlərlə bağlı həmişə müxtəlif səviyyələrdə təmaslar və məsləhətləşmələr həyata keçirilib: “Bu baxımdan bu gün axşam saatlarında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. Bu səfər iki ölkə arasında dialoq və əməkdaşlığın yeni aspektlərinin müzakirəsi üçün mühümdür”.

M. Əfxəm qeyd edib ki, R. T. Ərdoğan səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, ali dini lider ayətullah Əli Xamneyi, ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

Sözçü əlavə edib ki, növbəti aylarda İran prezidentinin Türkiyəyə səfəri planlaşdırılır: “İki qonşu ölkə arasında təmas və dialoq təbii bir şeydir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR