İstintaq təcridxanasında saxlanılan şəxsdən qadağan olunmuş əşyalar götürülüb

İstintaq təcridxanasında saxlanılan şəxsdən qadağan olunmuş əşyalar götürülüb
# 24 yanvar 2014 09:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkumdan qadağan olunmuş əşyalar götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.11, 181.2.1, 181.2.2, 181.2.4 və 181.2.5 maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hesabında olan məhkum Orxan Əmirxan oğlu Xəlilzadənin üzərinə və saxlandığı kameraya baxış keçirilib. Bu zaman əynində olan şalvarın yan cibindən daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Samsung” GT-E2222 markalı mobil telefon aparatı aşkar edilib.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR