Azərbaycanda bağlanan «Royal Bank»ın əmanətçilərinə kompensasiyaların ödənilməsi dayandırılıb

Azərbaycanda bağlanan «Royal Bank»ın əmanətçilərinə kompensasiyaların ödənilməsi dayandırılıb
# 23 iyul 2013 13:28 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Fondun məlumatında deyilir.

Bütün əmanətçilərinin nəzərinə çatdırılır ki, «Əmanətlərin sığortalanması haqqında» qanunun 28.3-cü maddəsinə uyğun olaraq, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il ərzində qəbul edilib.

Sığorta hadisəsi baş vermiş «Royal Bank»ın qorunan əmanətçilərinə kompensasiyanın ödənişi barədə bildirişin ilk dəfə ötən il iyulun 21-də dərc edildiyini nəzərə alaraq əmanətçilərdən kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün bu ilin iyulun 22-si hesab olunur və Əmanətlərin Sığortalanması Fondu bu günə qədər qorunan əmanətlər üzrə kompensasiyanın alınması üçün müraciət etməyən əmanətçilərdən ərizə qəbulunu və bu tarixədək ərizələrlə banklara müraciət etmiş əmanətçilərə agent banklar («Muğan Bank», «Bank Respublika» və «AGBank» ASC) tərəfindən kompensasiyaların ödənişini dayandırıb.

İyulun 23-dən sonra kompensasiya ödənilməsi üçün agent banklara müraciət etmiş əmanətçilərdən (+994 12) 596 65 91/92/93 nömrələrinə və 941 qaynar xəttinə zəng etmələri və ya Fondun ofisinə (Bülbül pr-ti,40) müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, «Royal Bank»ın əmanətçilərin qarşısında öhdəliklərin reyestrinə əsasən 5 759 qorunan əmanətçilərin 26,5 mln. manat məbləğində qorunan əmanəti üzrə ödəniləcək cəmi kompensasiya məbləği 14,7 mln. manat və yaxud 55,5%-i təşkil edib. «Royal Bank» ASC-nin ümumi əmanətçilərinin sayı 7 063 nəfər təşkil edib. Fond tərəfindən bu ilin aprelin 1-nə cəmi kompensasiya məbləğinin 87,8%-i, yaxud 12,9 mln. manat məbləğində kompensasiya ödənilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR