“ASAN Xidmət” və “Təmiz Şəhər” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

“ASAN Xidmət” və “Təmiz Şəhər” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - <span style="color: red;">FOTO
# 25 dekabr 2013 08:30 (UTC +04:00)

Bakı - APA-Economics. Tullantıların idarəedilməsi sahəsində hər zaman yeni əməkdaşlıqlara açıq olan “Təmiz Şəhər” ASC tullantıların çeşidlənməsi sisteminin qurulması üzrə Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə layihəyə start vermişdir.

APA-Economics”in xəbərinə görə, “ASAN Xidmət” və “Təmiz Şəhər” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Əməkdaşlıq layihəsinin məqsədi Bakı şəhəri ərazisində fəaliyyət göstərən bütün “ASAN Xidmət” mərkəzlərində vahid tullantıların idarəedilməsi sisteminin qurulması, tullantıların üç növ üzrə ayrı-ayrılıqda yığılması və daşınması, ən əsası, “ASAN Xidmət” müştərilərinin məlumatlandırılaraq bu prosesə cəlb edilməsidir.

Layihə çərçivəsində “ASAN Xidmət”in Bakı şəhərində fəaliyyət göstərən 3 mərkəzində tullantıların kağız, plastik/şüşə və qarışıq tullantı növləri üzrə ayrı-ayrılıqda toplanması üçün müxtəlif rəngli tullantı konteynerləri və izahedici stendlər quraşdırılıb, layihənin mahiyyətini və faydalarını müştərilərə izah edən təşviqat materialları hazırlanıb.

Xatırladaq ki, “Təmiz Şəhər” ASC-nin bu tip əməkdaşlıq layihələrini Azərbaycan Diplomatik Akademiyası və Təhsil Nazirliyi ilə də birgə həyata keçirilməkdə və müsbət nəticələr verməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR