Azərbaycan bərpa olunan enerji resursları sahəsinin maliyyələşməsini artırır

Azərbaycan bərpa olunan enerji resursları sahəsinin maliyyələşməsini artırır
# 07 oktyabr 2013 14:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin layihəsində bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunması və bu sahənin inkişafına 3,5 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.

«APA-Economics»in məlumatına görə, bu, 2013-cü illə müqayisədə 1,1 mln. manat və ya 46,7% çoxdur.

Sənaye və tikinti (dövlət əsaslı vəsait qoyuluşu xərcləri istisna olmaqla) sektoruna 2014-cü ildə dövlət büdcəsindən 22,0 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 2,9 mln. manat və ya 15,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR