Livan paytaxtında baş vermiş partlayışlar nəticəsində 5 nəfər ölüb, 80 nəfər yaralanıb - YENİLƏNİB - FOTOSESSİYA

Livan paytaxtında baş vermiş partlayışlar nəticəsində 5 nəfər ölüb, 80 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 19 fevral 2014 10:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Livan paytaxtında daha bir partlayış baş verib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Beyrutun cənubundakı Zahiyə rayonunda törədilib.

Terror aktının baş verdiyi ərazinin yaxınlığında yerləşən İranın və Küveytin diplomatik missiyaları əməkdaşlarının zərər görmədiyini bəyan edib.

Livan Səhiyyə Nazirliyi isə hər iki partlayış nəticəsində 5 nəfərin öldüyünü, 80 nəfərin yaralandığını açıqlayıb. Yaralılar Beyrutun Rafiq Həriri xəstəxanasına yerləşdiriliblər.

Hər iki partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. Terror aktlarına görə məsuliyyəti “Abdullah Azzam” silahlı qruplaşması öz üzərinə götürüb.

***

12:37

Bakı – APA. Livan paytaxtının cənubunda güclü partlayış baş verib.

APA-nın Livanın “Əl Mayadeen” telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, onlarla adam yaralanıb.

Terror aktı İran mədəniyyət mərkəzinin və Küveyt səfirliyinin yaxınlığında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR