Bakıda “Mosfilm” həftəsi keçiriləcək

Bakıda “Mosfilm” həftəsi keçiriləcək
# 12 fevral 2014 16:58 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Fevralın 20-dən 25-dək “28 Cinema”da “Mosfilm” həftəsi keçiriləcək. “28 Cinema”dan APA-ya verilən məlumata görə, film həftəsi “Mosfilm” kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunacaq. “Mosfilm”in istehsalı olan ekran əsərləri ilk dəfə “28 Cinema”da böyük ekranda nümayiş etdiriləcək.

Kino həftəsi çərçivəsində “Sevgi və göyərçinlər”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Moskva göz yaşlarına inanmır”, “Xidməti eşq macərası” və s. filmlər nümayiş olunacaq.

“28 Cinema”dan bildiriblər ki, film nümayişləri pulsuzdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR