İranda sel və dolu infrastruktura ciddi ziyan vurub, iki nəfər ölüb - FOTO

İranda sel və dolu infrastruktura ciddi ziyan vurub, iki nəfər ölüb - <span style="color: red;">FOTO
# 05 aprel 2014 14:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Kirman vilayətində bir neçə gündür davam edən güclü leysan yağışları və dolu infrastruktura ciddi ziyan vurub.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Bəm şəhərində iki nəfər selin qurbanı olub.

Bundan əlavə, İran Qızıl Aypara Cəmiyyətinin xilasediciləri Ciroftun Dezfulla əlaqə vasitəsi olan 4 kəndi daşqın təhlükəsindən xilas ediblər. Eyni zamanda Ciroftda 150 avtomobil sel sularından qurtula bilib. Sel və dolu kənd yollarını bağlayıb, evlərə, elektrik dirəklərinə, kənd təsərrüfatına və yollara ciddi ziyan vurub.

Hazırda bölgəyə dəymiş zərərin məbləği araşdırılır. Hətta Cirofta düşən dolunun çəkisinin 40 qram olduğu və pəncərələrin şüşələrini qırdığını, avtomobillərə ciddi ziyan vurduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR