Azərbaycanda törədilmiş dəhşətli qətlin üstü açılıb

Azərbaycanda törədilmiş dəhşətli qətlin üstü açılıb
# 15 may 2013 06:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda dəhşətli qətl törədilib. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, rayon polis idarəsi və rayon prokurorluğunun əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində aprelin 15-dən itkin düşmüş kimi qeydiyyata alınan, 1972-ci il təvəllüdlü Bəsti Paşa qızı Mirzəyevanın qətlə yetirildiyi məlum olub.

Araşdırmalarla müəyyən edilib ki, B. Mirzəyeva qeyri-rəsmi nikahda yaşadığı, 1988-ci il təvəllüdlü Sübhan Məmmədov tərəfindən boğularaq öldürülüb.

S. Məmmədov ilkin ifadəsində B. Mirzəyevanın özünü asdığını bildirsə də, daha sonra törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR