Azərbaycan XİN İraqda yaranmış vəziyyətdən narahat olduğunu açıqlayıb

Azərbaycan XİN İraqda yaranmış vəziyyətdən narahat olduğunu açıqlayıb
# 22 yanvar 2014 13:37 (UTC +04:00)

İraqda son zamanlar baş vermiş hadisələri APA-ya şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycan hər zaman İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib: “Azərbaycan İraqda əmin-amanlığın və sabitliyin bərpa olunmasının tərəfdarıdır. Biz beynəlxalq koalisiya qüvvələrinin tərkibində İraqda sabitlik və təhlükəsizliyin bərqərar olunmasında bilavasitə iştirak etmişik və öz töhfəmizi vermişik”.

Qeyd edək ki, ötən həftə İraqda baş vermiş terror aksiyaları nəticəsində 59 nəfər həlak olub. Hazırda İraq ordusu iki həftə öncə Fəlluca şəhərini ələ keçirmiş sünni yaraqlılarla mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR