Şəki sakini qoz ağacından yıxılaraq ölüb

Şəki sakini qoz ağacından yıxılaraq ölüb
# 19 sentyabr 2013 06:40 (UTC +04:00)

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Cunut kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Şakir Əlibala oğlu yaşadığı evin həyətyanı sahəsində qoz çırpmaq üçün ağaca çıxıb.

Ehtiyatsız hərəkət nəticəsində ağacdan yıxılan Ş. Əhmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb, o, xəstəxanada ölüb.

Mərhumun ailəli və 3 uşaq atası olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR