Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
# 31 mart 2014 12:40 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, partiya fevralın 11-də qurultaya yer ayrılması ilə əlaqədar BŞİH-ə müraciət edib və qaydaya uyğun olaraq, müraciətə 15 gün ərzində cavab verilməlidir. Lakin müraciət hələ də cavabsız qaldığından partiya qurumu məhkəməyə vermək qərarına gəlib: “Sənədlər bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilib və qəbul olunub”.

Xatırladaq ki, qurultayın mayın 24-də keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR