İƏT Parlament İttifaqının IX sessiyası Tehranda keçiriləcək

İƏT Parlament İttifaqının IX sessiyası Tehranda keçiriləcək
# 15 yanvar 2014 11:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) IX sessiyası fevralın 14-19-da Tehranda keçiriləcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, 6 gün davam edəcək toplantıdan əvvəl siyasi, xarici əlaqələr, iqtisadiyyat, ekologiya və icraiyyə komitələrinin iclasları keçiriləcək.

Fevralın 18-19-da isə İslam ölkələrinin parlament sədrlərinin yığıncağı olacaq.

Qeyd edək ki, qurum özündə İƏT-ə üzv olan 51 ölkənin parlamentlərini birləşdirir və müvafiq olaraq Afrika, Asiya və Ərəb regionunda iki ildən bir sessiyalarını keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR