Azərbaycanın fiqurlu konkisürənləri Soçi Olimpiadasında mübarizəyə başlayıblar

Azərbaycanın fiqurlu konkisürənləri Soçi Olimpiadasında mübarizəyə başlayıblar
# 16 fevral 2014 19:37 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, idmançılar yarışın ilk günündə qısa rəqslə məharətlərini göstərirlər.

Olimpiadanın 11-ci günü Azərbaycan üçün əlamətdar olub. Belə ki, Soçiyə 4 idmançı ilə yollanan yığmamız mübarizəyə məhz Aleksey Sitnikov – Yuliya Zlobin dueti ilə başlayıb.

Təmsilçilərimiz Bakı vaxtı ilə saat 19:00-da başlayan və 24 cütlüyün mübarizə apardığı yarışa 13-cü qoşulublar. Karyeralarında ilk dəfə Olimpiadaya yollanan milliləşən legionerlərimiz hələlik ilk "üçlük"dədir. Yığmamızın rekorduna imza atmaq iddiasında olan duet hakimlərdən 58,15 bal alıb. Bu isə onların növbəti mərhələyə adlaması ilə nəticələnib. Çünki yalnız 4 duet Olimpiadaya vaxtından əvvəl əlvida deyir.

Mükafatçılar isə sabah baş tutacaq sərbəst çıxışdan sonra bəlli olacaq.

Qeyd edək ki, indiyədək “Ağ Olimpiada”da rekordumuz 16-cı yerdir. Sitnikovla Zlobin isə ilk “onluğ”a namizəd sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR