Ötən il Azərbaycanda 48 dönərxana və 111 şadlıq sarayında yoxlama aparılıb

Ötən il Azərbaycanda 48 dönərxana və 111 şadlıq sarayında yoxlama aparılıb
# 23 yanvar 2014 10:23 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu müəssisələrin əksəriyyətində standartların tələblərinin pozulduğu aşkar edilib, nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb.

Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən ötən il mal, məhsul və xidmətlərə 8 250 adda uyğunluq sertifikatı verilib. Sertifikatlar barədə məlumatlar Dövlət Reyestrinə daxil edilib.

Bundan başqa, Komitə yanında Dövlət Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 23 uşaq bağçasında dövlət nəzarəti həyata keçirilib, araşdırmalar zamanı bağçaların bir çoxunda «Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı»nın (AZS 747-2013) tələblərinə əməl olunmadığı aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR