Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işlərinin başa çatacağı vaxt açıqlanıb - FOTO

Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işlərinin başa çatacağı vaxt açıqlanıb - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 06:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA-Economics. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bu gün dəmir yolunun Zəyəm-Dəllər mənzilində 12,3 km yolun əsaslı təmirinə başlanılıb.

Səhər tezdən start götürən təmir işləri on gün davam edəcək. Ümumiyyətlə, 317 km yolun təmiri dekabr ayının ikinci dekadasında başa çatacaq. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 301 kilometr yol əsaslı təmir olunub, bunun da 240 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR