“Azərbaycanın Rus İcması” 20 illik yubileyini qeyd edir - FOTOSESSİYA - VİDEO

“Azərbaycanın Rus İcması” 20 illik yubileyini qeyd edir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 dekabr 2013 09:43 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bakıda “Rus icması: Yeni Azərbaycan xalqlarının ailəsində 20 il” adlı konfrans keçirilir. APA-nın xəbərinə görə, “Azərbaycan Rus İcması”nın rəhbəri Mixail Zabelin xatırladıb ki, tədbir Xankəndinin işğal olunduğu tarixdə keçirilir. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda bir çox rusun döyüşdüyünü və həlak olduğunu söyləyib. İştirakçılar onların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxışında bildirib ki, Azərbaycandakı rus icması ölkə həyatında öz yerini tapa bilib. O, il ərzində bəzi xoşagəlməz hadisələrin baş verdiyini, lakin bu olayların ölkələr və insanlar arasındakı münasibətlərə təsir göstərmədiyini söyləyib: “Bu il bir sıra xoşagəlməz məqamlar olub. Biryulevo hadisələrini nəzərdə tuturam. Hadisədən dərhal sonra burada yaşayan ruslardan hayıf çıxmaq barədə çağırışlar eşidildi, lakin mən lap əvvəldən bilirdim ki, heç nə baş verməyəcək və heç kimin başından bir tük də əskik olmayacaq. Bunun təminatı Azərbaycan prezidentinin mövqeyi, eləcə də möhkəm dövlətlərarası münasibətlərdir”.

Azərbaycan və Bakı yepiskopu Aleksandr İşein rusların azad şəkildə yaşaması üçün Azərbaycanda hər cür şəraitin yaradıldığını deyib.

Qeyd edək ki, konfransda rus icmasının təmsilçiləri, Milli Məclisin deputatları, bir sıra nazirliklərin nümayəndələri, Moskva hökumətinin rəsmiləri və digər şəxslər iştirak edir. Toplantının yekununda Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR