Braziliyada “Xocalıya Ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib - FOTOSESSİYA

Braziliyada  “Xocalıya Ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 fevral 2014 22:44 (UTC +04:00)

Bakı-APA. Bu ilin 25-26 fevral tarixlərində Braziliyanın Parana ştatının Kuritiba şəhərində yerləşən Kuritiba Universiteti və Parana Ali Təhsil Universitetində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində yerli koordinator Joao Xavier Zimmerin təşəbbüsü ilə silsilə tədbirlər keçirilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbir zamanı, J.Zimmer Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verib və bu istiqamətdə son 5 ildə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərdən danışıb.

Daha sonra, Ermənistan-Azərbaycan münaqişəsinə toxunan J.Zimmer Azərbaycanın hələ də erməni işğalından əziyyət çəkdiyini qeyd edib və 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin 20 ildən artıq öz yurd-yuvalarından didərgin düşdüklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib və “Xocalıya Ədalət” loqotipli materiallar iştirakçılara paylanılıb.

Qeyd olunan tədbirlərdə adıçəkilən universitetlərin 400-ə yaxın müəllim və tələbə heyəti iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR