Azərbaycanda bir neçə dövlət standartı təsdiq edilib

Azərbaycanda bir neçə dövlət standartı təsdiq edilib
# 02 iyun 2014 07:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir sıra standartlar təsdiq edilib.

Qurumdan “APA-Economics”ə verilən məlumata görə, komitə sədrinin əmri ilə AZS API RP 520-2014 “Neft ayırma zavodlarında təzyiq qoruyucu cihazların kalibrlənməsi, seçilməsi və quraşdırılması. Hissə II. Quraşdırma”, AZS ISO 1535-2014 “Açıq daşınan materiallar üçün davamlı mexaniki yükləmə-boşaltma avadanlığı. Nov lenti konveyerləri (səyyar konveyerlərdən başqa). Lentlər”, AZS ISO 5199-2014 “Mərkəzdənqaçma nasosları. Texniki tələblər. Sinif II”, AZS API 527-2014 “Qoruyucu klapanın qapalı mühitdə germetiklik sınağı”, AZS API RP 582-2014 “Kimya, neft və qaz sənayesi üçün qaynaq üzrə tövsiyələr”, AZS ISO 12944-4-2014 “Laklar və boyalar. Qoruyucu lak sistemləri ilə polad strukturların korroziyadan qorunması. Hissə 4. Səth növləri və səthlərin hazırlanması”, AZS IEC 60364-1-2014 “Aşağı gərginlikli elektrik qurğuları. Fundamental prinsiplər, ümumi xarakteristikaların qiymətləndirilməsi, termin və təriflər”, AZS ISO 12944-6-2014 “Laklar və boyalar-qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyaların korroziyadan qorunması. Hissə 6. Laboratoriya sınaq metodları”, AZS ISO 15547-1-2014 “Ümumi neftayırma prosesləri üçün lövhəşəkilli istilik mübadiləediciləri”, AZS ISO 15547-2-2014 “Neft, neft–kimya və təbii qaz sənayesi. Lövhəşəkilli tilli alüminium istilik mübadilə avadanlıqları. Hissə 2. Bərk lehimlə lehimlənmiş tilli aliminium istilik mübadilə avadanlıqları”, AZS API 616-2014 “Neft-kimya və qaz sənayelərində istifadə edilən qaz turbinləri”, AZS ISO 1537-2014 “Ovulan materiallar üçün fasiləsiz fəaliyyət göstərən mexaniki qaldırıcı-daşıyıcı avadanlıq. Yivli lentli transportyor (daşınan konveyrdən başqa). Qasnaqlar”, AZS ISO 12944-1-2014 “Laklar və boyalar. Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyaların korroziyadan qorunması. Hissə 1. Giriş”, AZS ISO 1536-2014 “Sərbəst topdan satış materialları üçün davamlı mexaniki yükləmə-boşaltma avadanlığı. Nov lentli konveyerlər (səyyar konveyerlərdən başqa). Kəmər qasnaqları və AZS ISO 12944-7-2014 “Laklar və boyalar. Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyaların korroziyadan qorunması. Hissə 7. Boya işlərinin yerinə yetirilməsi və onlara nəzarət” dövlət standartları təsdiq edilib.

Qeyd:

-AZS API RP 520-2014 dövlət standartı 15 psig (1.03 bar g yaxud 103 kPA) yaxud daha böyük qəbul edilmiş maksimum işləmə təzyiqinə malik cihaz üçün təzyiq azaldan cihazların quraşdırılması üsullarını əhatə edir.

-AZS ISO 1535-2014 dövlət standartı nov lentli konveyerlər üçün (səyyar konveyerlərdən başqa) lent enliliklərinin və lent haşiyələrinin təmizlənməsini ehtiva edir.

-AZS ISO 5199-2014 dövlət standartı ümumi təyinatlı hər hansı ötürücü və ya istənilən montaj üsulları ilə II sinif birmərhələli, çoxmərhələli, üfüqi və ya şaquli tipli mərkəzdənqaçma nasosları üçün tələbləri müəyyən edir.

-AZS API 527-2014 dövlət standartı metal və yumşaq oturacaqlı, o cümlədən, ənənəvi, silfon və idarə olunan qoruyucu təzyiq klapanların oturacağının germetikliyinin müəyyən edilməsi üsullarını ehtiva edir.

-AZS API RP 582-2014 dövlət standartı özündə qaynaq, sex, istehsal sahələri və aşağıda qeyd olunanların təmir və modifikasiyası üçün qaynaq işləri ilə bağlı əlavə qayda və təcrübələri əks etdirir.

-AZS ISO 12944-4-2014 dövlət standartı özündə karbon və aşqarlanmış poladdan və onların hazırlanmasından ibarət olan polad strukturların müxtəlif səth növlərini ehtiva edir.

-AZS IEC 60364-1-2014 dövlət standartı elektrik qurğularının layihələndirilməsi, quraşdırılması və yoxlanılması qaydalarını müəyyənləşdirir. Qaydalar elektrik qurğularının istifadəsi zamanı yarana biləcək təhlükələrdən və zərərlərdən insanları, mal-qaranı və şəxsi mülkiyyəti mühafizə etmək və həmin qurğuların düzgün işləməsini təmin etmək üçün nəzərdə tutulub.

-AZS ISO 12944-6-2014 dövlət standartı laboratoriya sınaq metodlarını və polad konstruksiyaların korroziyadan qorunması üçün boya sistemlərinin qiymətləndirilməsi üzrə sınaq şərtlərini müəyyənləşdirir və örtük səthi olmayan polada, qaynar sinklənmiş polada və sink örtüyünün termal şəkildə sıçradıldığı polad konstruksiyalara çəkilmək üçün nəzərdə tutulmuş qoruyucu boya sistemlərini əhatə edir.

-AZS ISO 15547-1-2014 dövlət standartı neft, neft-kimya və təbii qaz sənayelərində istifadə üçün nəzərdə tutulan çərçivəli lövhəşəkilli istilik mübadiləedicilərinin layihələndirilməsi, material seçimi, hazırlanması, yoxlanması, sınağı və yüklənmə üçün hazırlanmasına dair tələblər və tövsiyələri müəyyənləşdirir.

-AZS ISO 15547-2-2014 dövlət standartı neft, neft-kimya və təbii qaz sənayesində istifadə üçün nəzərdə tutulan bərk lehimlə lehimlənmiş lövhəşəkilli tilli istilik mübadiləedicilərinin mexaniki quruluşuna, material seçiminə, hazırlanmasına, yoxlanmasına, sınağına və daşınmasına dair tələbləri müəyyənləşdirir.

-AZS API 616-2014 dövlət standartı mexaniki ötürücü, generator ötürücüsü və ya texnoloji qazın istehsalında istifadə edilən açıq, sadə və regenerativ dövrəli qaz turbinləri üçün minimal tələbləri müəyyənləşdirir.

-AZS ISO 1537-2014 dövlət standartı qasnaqların ölçülərini və onların yerləşməsini və daşıyıcı qasnaqlarla birgə yivli lentli transportyorların təmizlənməsini (daşınan konveyerlərdən başqa) ehtiva edir.

-AZS ISO 12944-1-2014 dövlət standartı polad konstruksiyaların qoruyucu boya sistemləri ilə korroziyadan qorunmasını ehtiva edir.

-AZS ISO 1536-2014 dövlət standartı nov lentli konveyerlər üçün (səyyar konveyerlərdən başqa) kəmər qasnağının diametrini, uzunluğunu və istehsalını izah edir.

-AZS ISO 12944-7-2014 dövlət standartı emalatxana və ya sahədəki polad konstruksiyalarda boya işlərinin yerinə yetirilməsi və onlara nəzarətə şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR