Xaricdə təhsil almaq üçün müraciət edənlərin elektron ərizələrinin qeydiyyat müddəti bitib

Xaricdə təhsil almaq üçün müraciət edənlərin elektron ərizələrinin qeydiyyat müddəti bitib
# 17 avqust 2013 09:27 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ili üzrə xaricdə təhsil almaq üçün müraciət etmək istəyən vətəndaşların elektron ərizələrinin qeydiyyat müddəti bitib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qeydiyyatdan keçən ərizəçilər sənədlərini 16 avqustdan sonrakı 5 iş günü ərzində Təhsil Nazirliyinə təqdim edə bilərlər.

Qeyd edək ki, xaricdə təhsil üzrə Dövlət Proqramına 2013-2014-cü tədris ili üçün sənəd qəbulu 22 may - 16 avqust tarixilərini əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR