Akademik Mahmud Kərimovun 65 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir - FOTOSESSİYA

Akademik Mahmud Kərimovun 65 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 20 noyabr 2013 10:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda akademik Mahmud Kərimovun 65 illik yubileyinə həsr olunmuş “Radiasiya tədqiqatları və onların praktiki aspektləri” mövzusunda VIII elmi konfrans başlayıb.

APA-nın xəbərinə görə, 2 gün davam edəcək konfrans AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti Akif Hacıyev akademik Mahmud Kərimov haqqında xatirələrini və onun ölkənin radiasiya sahəsində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. O bildirib ki, radiasiya təhlükəsizliyi bu gün gündəmdə olan aktual problemlərdən biridir. A.Hacıyevin sözlərinə görə, radiasiya tədqiqatları sahəsində fəaliyyət göstərən Radiasiya Problemləri İnstitutu elmi fəaliyyətində respublikanın süni və təbii radiaktiv maddələrlə əlaqədar radiasiya təhlükəsizliyi problemləri ilə yaxından məşğul olur: “Prezident İlham Əliyev də dünyanın ən qabaqcıl elmi texniki sistemlərin Azərbaycanda tətbiqinə, bu istiqamətdə kadr potensialının inkişafına xüsusi diqqət göstərir. Azərbaycan artıq kosmos ölkəsi olub, qeyri-neft istiqamətli texnologiyaların məskəninə çevrilib. Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin, NATO, Avropa İttifaqının onlarla layihələrinin icrasında iştirak edir”.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov isə Mahmud Kərimovun həyat və yaradıcılığı barədə ətraflı çıxış edib. Bundan əlavə, A.Qəribov Azərbaycanda radiasiya tədqiqatları istiqamətinin son nailiyyətləri barədə də məlumat verib.

Qeyd edək ki, 2 gün davam edəcək konfransda “Radiasiya tədqiqatları, onların praktiki aspektləri”, “Nüvə enerjisi, status və perspektivləri”, “Nüvə enerjisinin çevrilməsi prosesi və istifadə sahələri”, “Radiasiya materialşünaslığı (radiasiya kimyası, radiasiya fizikası, bərk cisimlərdə radiasiya effektləri)”, “Respublikada nüvə və radiasiya təhlükəsizliyinin mövcud problemləri”, “Radioekoloji durum, problemlər və onların həlli yolları” mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR