Cenevrə bəyanatı: Ukrayna bölgələrin iştirakı ilə konstitusiya prosesi çərçivəsində dialoqa başlamalıdır

Cenevrə bəyanatı: Ukrayna bölgələrin iştirakı ilə konstitusiya prosesi çərçivəsində dialoqa başlamalıdır
# 17 aprel 2014 21:11 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Biz sənədi dəstəklədik. Bu 17 aprel tarixli Cenevrə bəyanatıdır. Sənəddə gərginliyin aradan qaldırılmasına və Ukraynanın bütün vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına dair ilkin konkret addımların atılmasının vacibliyi vurğulanıb”, deyə o bildirib.

Cenevrədə razılaşdırılmış sənəd Ukraynada cinayət törədən şəxslər istisna olmaqla, bütün etirazçıların əfv olunmasını nəzərdə tutur.

Ukrayna ərazisində bütün qanunsuz birləşmələr tərksilah olunmalı, zəbt olunmuş binalar boşaldılmalıdır.

Sənəd bölgələrin iştirakı ilə konstitusiya prosesi çərçivəsində dərhal dialoqa başlamağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR