«İpək yolu» nəqliyyat dəhlizinin Azərbaycan hissəsində I rübdə yükdaşıma 6%, sərnişindaşıma isə 7% artıb

«İpək yolu» nəqliyyat dəhlizinin Azərbaycan hissəsində I rübdə yükdaşıma 6%, sərnişindaşıma isə 7% artıb
# 14 may 2013 08:09 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübündə «İpək yolu» nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 14,7 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox yük, 69,4 mln. nəfər və ya 7,2% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 44,9%-i avtomobil, 35,9%-i dəmir yolu, 19,2%-i dəniz nəqliyyatının payına düşüb, dəmir yolu nəqliyyatında 7,2%, avtomobil nəqliyyatında 6,5%, dəniz nəqliyyatında isə 0,9% artım qeydə alınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 29,5%-ni və ya 4,3 mln. tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 115,4 mln. manat, sərnişin daşınmasından isə 23,2 mln. manat gəlir əldə olunmuş və bu göstəricilər müvafiq olaraq 7,25 və 14,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR