Kiyevdə toqquşmalar zamanı ölənlərdən birinin Belarus vətəndaşı olduğu müəyyənləşib

Kiyevdə toqquşmalar zamanı ölənlərdən birinin Belarus vətəndaşı olduğu müəyyənləşib
# 22 yanvar 2014 15:22 (UTC +04:00)

Bakı – APA. Kiyevdə müxalifətlə polis arasında baş vermiş toqquşmalar zamanı ölənlərdən daha birinin şəxsiyyəti müəyyənləşdirilib.

APA – nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, Belarus vətəndaşı Mixail Jizdnevskidir.

“Azadlıq” radiosunun yaydığı xəbərdə bildirilir ki, M. Jizdnevski siyasi baxışlar üzündən vətənində problemlərlə qarşılaşdığı üçün Ukraynaya köçüb. O burada millətçi UNA-UNSO təşkilatında fəaliyyət göstərib.

Qeyd edək ki, M. Jizdnevski bu gün səhər xüsusi təyinatlıların etirazçılarla toqquşması zamanı odlu silahdan vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR