Dow Jones indeksi 0,8%, S&P 500 indeksi 0,5%, Nasdaq indeksi 0,1% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 indeksi 0,5%, Nasdaq indeksi 0,1% yüksəlib
# 17 fevral 2014 06:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 16 154 bəndədək, S&P 500 0,5% - 1 839 bəndədək, Nasdaq 0,1% - 4 244 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra statistik göstəricilər təsir edib. O cümlədən, istehlakçıların etimadı indeksi fevral ayında yanvarla müqayisədə dəyişməyib, idxal qiymətləri isə yanvarda aylıq müqayisədə 0,1% artıb. Bu göstəricilər proqnozlardan yaxşı olub.

Avropa fond bazarlarında fevralın 14-də FTSE 100 indeksi 0,1% - 6 664 bəndədək, Almaniya DAX-ı 0,7% - 9 662 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 340 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 326,00 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3712 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR