Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
# 27 fevral 2014 00:45 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəman öz çıxışında tədbir iştirakçılarına Xocalı Soyqırımı haqda ətraflı məlumat verib.

Soyqırıma siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir, sözügedən soyqırımın hər il qeyd edildiyini qeyd edib. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın birinci xanımı, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü qeyd edən səfir, bununla yanaşı Xocalı Soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru xanım Leyla Əliyeva tərəfindən “Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının təsis edildiyini vurğulayıb.

Tədbirdə Türkiyə Respublikasının səfiri Vural Altay çıxış edib. Çıxışında səfir Xocalı soyqırımının bəşəriyyətə qarşı bir akt olduğunu bildirib, qeyri-insani əməllərlə müşayiət edilən bu cür kütləvi qırğınların yalnız ürəkləri nifrət və ədavətlə dolu cinayətkarlar tərəfindən törədilə biləcəyini xüsusilə qeyd edib.

Tədbirdə soyqırım haqqında fotosərgi, tədbirin sonunda isə “Böyük yalanın həqiqətləri” adlı sənədli film nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR