Nigeriyada dini bayramda yaranmış qarışıqlıqda 25 nəfər ölüb

Nigeriyada dini bayramda yaranmış qarışıqlıqda 25 nəfər ölüb
# 03 noyabr 2013 02:35 (UTC +04:00)

Bakı-APA. Nigeriyada noyabrın 2-də - Müqəddəslər Günü ilə əlaqədar qeyd olunan bayram tədbirində yaranmış qarışıqlıqda 25 nəfər ölüb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, faciə ölkənin cənub-şərqindəki Anambra ştatında baş verib. Dini mərasimə toplaşan on minlərlə insan arasında çaxnaşmaya səbəb naməlum şəxsin “yanğın” deyərək çığırması olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR