Hüquq müdafiəçiləri bir sıra polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri bir sıra polis şöbələrində monitorinq keçiriblər
# 21 dekabr 2013 08:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, köməkçisi Elçin Şirinov və komitənin əməkdaşı Bəhmən İmanov Sabirabad, Saatlı, İmişli, Beyləqan və Fizuli rayon Polis Şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov monitorinqin əsas məqsədinin saxlanılan şəxslərin vəziyyəti, onlara qarşı münasibət, qeyri-insani rəftar və işgəncə faktının araşdırılması olduğunu deyib.

E. Behbudov monitorinq zamanı bəzi xırda nöqsanların aşkar edildiyini və bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR