Dövlət Teatr Muzeyində “Ənvər Məmmədxanlı-100” adlı elmi konfrans keçirilib

Dövlət Teatr Muzeyində “Ənvər Məmmədxanlı-100” adlı elmi konfrans keçirilib
# 07 iyun 2013 11:47 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Cəfər Cabbarı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Ənvər Məmmədxanlı - 100” adlı elmi konfrans keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə keçirilən tədbirdə çıxış edən sənətşünas alim Vidadi Qafarov xalq yazıçısının teatrda səhnəyə qoyulan pyesləri və tərcümə əsərləri haqqında danışıb: “1947-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb. Bundan başqa, müəllifin “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” tamaşaları da müxtəlif teatrlarda tamaşaya qoyulub”.

Sənətşünas Gülnarə Quliyeva isə Ə. Məmmədxanlının ssenariləri əsasında çəkilən filmlərdən danışıb: “Azərbaycanfilm” kinostudiyasında onun ssenariləri əsasında “Babək”, “Fətəli xan”, “İntizar”, “Leyli və Məcnun”, “Sovqat” kimi filmlər çəkilib. Azərbaycanın kino sənətinin dəyərli inciləri olan bu filmlər tariximizin səhifələrinə işıq saçan filmlər siyahısındadır”.

Tədbirin sonunda C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondundakı materiallar əsasında ədibin səhnə təcəssümünü, həmçinin ssenariləri əsasında çəkilmiş filmlərdən kadrları əks etdirən video çarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR