Zaqatalada avtomobil piyadanı vurub

Zaqatalada avtomobil piyadanı vurub
# 09 sentyabr 2013 07:06 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 05:30 radələrində Zaqatala şəhəri H. Z. Tağıyev küçəsində qeydə alınıb. Zaqatala şəhər sakini Cabbarov Elçin Məmməd oğlu idarə etdiyi “VAZ 2106” markalı, 08 BB 843 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhərinin H. Z Tağıyev küçəsi ilə hərəkətdə olarkən yolun kənarındakı piyada Zaqatala şəhər sakini, 1961-ci il təvəllüdlü Nuquyeva Nəcibə Yusif qızını vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Nəcibə Nuquyeva Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, Nəcibə Nuquyevanın vəziyyəti orta-ağır hesab olunur.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR