Ağstafada yol qəzasında bir nəfər ölüb, beş nəfər ağır xəsarət alıb  - APA TV

Ağstafada yol qəzasında bir nəfər ölüb, beş nəfər ağır xəsarət alıb  - <span style="color: red;">APA TV
# 04 sentyabr 2013 11:26 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Bakı-Qazax magistralının 448-ci kilometrliyində, Ağstafa rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən axşam saatlarında qeydə alınıb. Qazax rayonu istiqamətdə hərəkətdə olan Ağstafa rayonu Düz Qışlaq kənd sakini, 32 yaşlı İlqar Musayevin idarə etdiyi “VAZ 21015” markalı avtomobil əks istiqamətdən gələn, Ağstafa rayonu Qırılı kənd sakini, 19 yaşlı Turxan Abbasovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Hadisə zamanı “VAZ 21015”in sürücüsü İlqar Musayev dünyasını dəyişib, avtomobildə olan 4 sərnişin və “VAZ 2106”nın sürücüsü ağır bədən xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisəyə səbəb kimi sürət həddinin yüksək olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR