«AGBank»ın aktivləri ötən il 35% artıb

«AGBank»ın aktivləri ötən il 35% artıb
# 22 yanvar 2014 11:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 467,414 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,9% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 41,1% artaraq 352,702 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 142,494 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə olan göstəriciyə nisbətən 54,4% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 1% azalaraq 39,832 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 4,8 faiz bəndi azalaraq 11,3%-ə düşüb.

Bankın depozit portfeli ötən il 23,9% artaraq 272,975 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 229,062 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,6% çoxdur.


Hesabat ilində bankın məcmu kapitalı 17,6% artaraq 50,070 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 25,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 25,9% artaraq 97 626, o cümlədən fiziki şəxslərin sayı 29,3% artaraq 96 284, hüquqi şəxslərin sayı 2,2 dəfə azalaraq 1 342 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 63 347-yə bərabər olub ki, bu da illik müqayisədə 0,3% azdır. O cümlədən, debet kartların sayı 2,5% azalaraq 47 534-ə, kredit kartların sayı 5,3% artaraq 15 813-ə çatıb.


Hazırda bankın ölkə üzrə 18 filialı, 67 bankomatı, 782 POS-terminalı fəaliyyət göstərir. Bankın 685 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR