Xaçmazda aşkarlanan heyvan cəsədləri ilə bağlı polis tərəfindən araşdırmalara başlanıb

Xaçmazda aşkarlanan heyvan cəsədləri ilə bağlı polis tərəfindən araşdırmalara başlanıb
# 14 yanvar 2014 10:11 (UTC +04:00)

Bu barədə APA-ya Xaçmaz RPŞ-nin rəis müavini Valik Vəlimətov məlumat verib. Onun sözlərinə görə, artıq həmin əraziyə polis əməkdaşları baxış keçirib. Heyvan cəsədlərinin meşə massivinə atanların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkarlanıb.

Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR