Cənubi Sudanda üsyançılar ABŞ-a məxsus hərbi təyyarələri atəşə tutublar, 3 amerikalı hərbçi yaralanıb

Cənubi Sudanda üsyançılar ABŞ-a məxsus hərbi təyyarələri atəşə tutublar, 3 amerikalı hərbçi yaralanıb
# 21 dekabr 2013 21:04 (UTC +04:00)

Bakı-APA. Cənubi Sudanda ABŞ-a məxsus iki hərbi təyyarə atəşə tutulub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Sky News telekanalının məlumatına əsasən, insident nəticəsində 3 amerikalı hərbçi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən həftə Cənubi Sudanda keçmiş vitse-prezident Riyekka Maşar Teninin tərəfdarları tərəfindən uğursuz dövlət çevrilişinə cəhd olub.

“Sky News”un məlumatına görə, hərbi təyyarələr ABŞ vətəndaşlarını təxliyə etmək məqsədilə üsyançıların nəzarətində olan Bor şəhərində eniş edərkən atəşə tutulub.

Atəşə tutulduqdan sonra təyyarələr dərhal havaya qalxaraq Uqandanın paytaxtı Kampala şəhərinə yollanıb. Yaralı ABŞ hərbçiləri buradan Keniyanın paytaxtı Nayrobiyə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR