Meksikanın “Mundo Internacional” jurnalında Azərbaycanla bağlı iki məqalə dərc olunub

Meksikanın “Mundo Internacional” jurnalında Azərbaycanla bağlı iki məqalə dərc olunub
# 25 dekabr 2013 23:48 (UTC +04:00)

Bakı-APA. Meksikanın “Mundo Internacional” jurnalında “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü, 2003-2013” və “III Bakı Beynəlxalq Humanitar Forumu” başlıqlı iki məqalə dərc olunub. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü, 2003-2013” adlı məqalədə son 10 ildə Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolu, iqtisadiyyatın 3.4 dəfə böyüdüyü, qeyri-neft sektorunda 3 dəfə, sənaye sektorunda 2.8 dəfə, kənd təsərrüfatında 1.5 dəfə, tikinti sənayesində 7 dəfə, nəqliyyat və informasiya texnologiyaları sektorunda 3.2 dəfə artım qeydə alındığı, xarici ticarətin həcminin isə 8.8 dəfə artdığı diqqətə çatdırılıb.

“III Bakı Beynəlxalq Humanitar Forumu” başlıqlı məqalədə isə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimindən, prezident İlham Əliyevin Forumun açılış mərasimində iştirakı və nitq söyləməsindən, forumda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslərinin, sabiq prezidentlərin, tanınmış elm, mədəniyyət xadimlərinin və Nobel mükafatı laureatlarının iştirakında, iştirakçıların çıxışlarından və dəyirmi masalarda müzakirə mövzularından bəhs olunub.

Forumun bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platforma olması vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR