Bakıda iki avtomobil toqquşub - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 dekabr 2013 01:30 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakını Nərimanov rayonunda, Azadlıq prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, yolun sürüşkən olması səbəbindən Azadlıq prospekti ilə hərəkət edən "BYD F3" markalı avtomaşın qarşısında olan "KİA Sportage"ə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.

Dövlət Yol Polisi İdarəsinin Nərimanov Rayon Şöbəsindən verilən məlumata görə, qəza "BYD F3" markalı avtomaşının sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR