ABŞ-da qar fırtınası 16 nəfərin ölümünə səbəb olub - VİDEO

ABŞ-da qar fırtınası 16 nəfərin ölümünə səbəb olub - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 04:45 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 11 nəfərin öldüyü bildirilirdi.

Merilend ştatının Xauard dairəsində 45, 55 və 57 yaşlarında olan üç kişi yolu qardan təmizləyərkən ürəktutmasından keçinib. Nyu Yorkda qaryığan traktor hamilə qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən keçinib, lakin həkimlər qeysəriyyə əməliyyatı yolu ilə uşağı xilas edə biliblər. Körpənin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ümumilikdə, ABŞ-ın 22 ştatı qar fırtınasından zərər çəkib. Bu ştatların yarısında fövqəladə vəziyyət elan olunub.

Qeyri-sabit hava şəraiti səbəbindən 500 minədək ev təsərrüfatı işıqsız qalıb, 6500 təyyarə reysi təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR