Bakıda üç nəfərdən silah götürülüb

Bakıda üç nəfərdən silah götürülüb
# 15 mart 2014 08:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda üç nəfərdən silah götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Nardaran qəsəbə sakini Fərhad Şahbazovdan sandıqçasında 8 ədəd patronu olan 1 ədəd «Makarov» markalı tapança aşkar edilərək götürülüb.

Bundan başqa, Zabrat qəsəbəsi Axundov küçəsində yaşayan Məhəbbət İsmayılovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tək lülə ov tüfəngi və 26 ədəd patron, Nəsimi polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə, Gəncə şəhər sakini Elman Rzayevdən darağında 1 ədəd patronu olan «FN 1906» markalı, 6,35 kalibrli tapança aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR