Sabah Xətai rayonunun bəzi yerlərinə içməli suyun verilməsi dayandırılacaq

Sabah Xətai rayonunun bəzi yerlərinə içməli suyun verilməsi dayandırılacaq
# 28 aprel 2014 15:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Sabah Babək və Gəncə prospektlərinə, S. Ə. Şirvani, M. Hadi, Neapol küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, suyun kəsilməsi Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində, yeni çəkilmiş 315 mm diametrli su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə bağlı “+110 Şərq” su anbarının 500 mm diametrli V-2 çıxış xəttinin bağlanması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR