Qırğızıstanın Oş şəhərində sabiq merin tərəfdarları vilayət administrasiyasının binasına hücum edib

Qırğızıstanın Oş şəhərində sabiq merin tərəfdarları vilayət administrasiyasının binasına hücum edib
# 15 yanvar 2014 09:12 (UTC +04:00)

Bakı – APA. Qırğızıstanda Oş şəhərinin sabiq meri Melisbek Mırzakmatovun tərəfdarları vilayət administrasiyasının binasına hücum edib.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda Oş vilayət administrasiyası binasının yaxınlığında minlərlə adam, o cümlədən yüzə yaxın süvarilər toplaşıb. Onlar seçkilərin nəticələrinin ləğvini tələb edir.

Qeyd edək ki, Qırğızıstanın cənub paytaxtının sabiq meri Melisbek Mırzakmatov müxalifətin mitinqində çıxış etdiyi üçün ötən ilin dekabrında baş nazirin sərəncamı ilə işdən çıxarılıb. “Uluttar Birimdigi” müxalifət partiyasının lideri olan M.Mırzakmatov hələ Kurmanbek Bakiyevin prezidentliyi dövründə bu posta təyin edilib. 2010-cu il hadisələrindən sonra M.Mırzakmatovun vəzifəsində qalmasına yerli əhalinin dəstəyi kömək edib.

Yanvarın 14-də Oş şəhər şurasında keçirilən gizli səsvermə zamanı 45 deputatdan 25 nəfər hökumətə yaxın olan Aytmamat Kadırbekovun namizədliyini dəstəkləyib. M.Mırzakmatova isə 19 nəfər səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR