Azərbaycanda bölgələrdə yeni üslubda poçt şöbələri tikiləcək

Azərbaycanda bölgələrdə yeni üslubda poçt şöbələri tikiləcək
# 08 yanvar 2014 14:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC regionlarda yeni korporativ üslubda poçt şöbələrinin tikintisini planlaşdırır. Bu məsələ bank və maliyyə xidmətlərinin göstərilməsindən sonra daha aktuallaşıb.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Göygöl rayon Poçt Filialının rəisi Müşfiq Ələkbərov bildirib ki, poçt şöbələrinin bu xidmətləri göstərməsi üçün monitorinqlər aparılıb və yekun rəyə görə rayonun Topalhəsənli, Balçılı, Xaqani kəndlərində müasir üslubda poçt şöbə binalarının tikilməsi nəzərdə tutulub.

Hazırda poçt filialının bütün poçt şöbələrində bank və maliyyə xidmətlərinin göstərilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR