Bakı İstintaq təcridxanasında saxlanılan şəxsdən mobil telefon götürülüb

Bakı İstintaq təcridxanasında saxlanılan şəxsdən mobil telefon götürülüb
# 25 noyabr 2013 13:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Aqil Mustafa oğlu Vəliyevin üzərinə baxış keçirilərkən əynindəki alt paltarının içində gizlətdiyi daxilində danışıq kartı olmayan 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR