Gəncə sakini bıçaqla özünə xəsarət yetirib

Gəncə sakini bıçaqla özünə xəsarət yetirib
# 18 may 2013 08:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncə şəhər sakini qarın nahiyəsinin bir neçə yerindən özünü bıçaqlayıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, Dədə Qorqud küçəsində yaşayan, 1972-ci il təvəllüdlü Ceyhun Əliyev qarın nahiyəsinin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya daxil olub. Polis əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, 41 yaşlı C. Əliyev evdə əsəbiləşərək özü özünü bıçaqlayıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR