Son 5 ildə Azərbaycanda yeniyetmələr arasında xəstəliklər 1,5 dəfə artıb

Son 5 ildə Azərbaycanda yeniyetmələr arasında xəstəliklər 1,5 dəfə artıb
# 23 yanvar 2014 10:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son 5 ildə Azərbaycanda yeniyetmələr arasında xəstəliklər 1,5 dəfə artıb. APA-nın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti Şəhla Balayeva bildirib ki, məktəb dövrü xəstəlikləri arasında həzm sistemi, görmə, hərəkət-dayaq sistemi xəstəlikləri üstünlük təşkil edir.

Ş. Balayeva qeyd edib ki, məktəblilər arasında xüsusilə həzm sistemi xəstəlikləri son 5 ildə 2 dəfə artıb. Məktəb yaşının 6-17 yaş arasında olduğunu deyən ekspertin fikrincə, bu xəstəliklər daha çox 15-17 yaş arası yeniyetmələrdə müşahidə olunur. Onun sözlərinə görə, çox zaman yeniyetmələr xəstəliklərinə görə həkimə vaxtında müraciət etmirlər: “Araşdırmalar nəticəsində məlum olub ki, 70%-ə qədər yeniyetmə yalnız xəstəliyi olduğu halda həkimə müraciət edir, 10 faiz isə xəstəliyi olduğu halda da müraciət etmir. Buna görə də xəstəliyi vaxtında aşkar edib, onun qarşısını almaq mümkün olmur. Bu məqsədlə məktəblilər arasında araşdırmalar aparılır. Sağlamlığın qorunması profilaktikadan başlanır. Hər zaman yeniyetmələr səhiyyə müəssisələrinə vaxtında müraciət etməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR