Prezident İlham Əliyev Argentinanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Argentinanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
# 18 aprel 2013 16:47 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Argentina Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Karlos Dante Rivanın etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, dövlət başçısı səfirlə söhbətində son illər iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. O, iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, parlamentlərarası və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini deyib. Dövlət başçısı səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrimizin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Səfir Karlos Dante Riva ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən səhiyyə, kənd təsərrüfatı, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğulayıb. Əməkdaşlığımızın genişləndirilməsində birgə layihələrin önəmini qeyd edən diplomat bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR