Tiflisdə İran sərgisi keçirilir - FOTOSESSİYA

Tiflisdə İran sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 17 aprel 2013 19:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında bu gündən başlayaraq aprelin 20-dək İran şirkətlərinin sərgisi başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis şəhərindəki idman sarayında təşkil olunan tədbiri Gürcüstanın İrandakı səfirinin müavini Möhsün Kiblaizadə açıb. Tədbirdə sərginin təşkilatçısı olan “Araz” azad-ticarət zonasının direktoru Sadiq Nəcəfi çıxış edib. Tədbirdə Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, Gürcüstan şirkətlərinin nümayəndələri, İran və Azərbaycan səfirliklərinin əməkdaşları iştirak ediblər. Sonra sərgiyə baxış keçirilib.

Sərgidə 4 gün ərzində İran mətbəxinin nümunələri də təqdim olunacaq, İran musiqisi və mahnıları səsləndirəcək.

APA-nın məlumatına görə, İranın dünya dövlətləri ilə ticarət dövriyyəsi 180 milyard dollar, Gürcüstanla isə 120 milyon dollar təşkil edir.

“Araz” azad ticarət zonasının rəhbəri Sadiq Nəcəfi APA-ya açıqlamasında sərgidə İranın 7 bölgəsindən olan şirkətlərin məhsulları nümayiş olunduğunu bildirib. “İstəyimiz budur ki, bu bölgələrdəki fabrik və zavodlar, şirkətlər öz potensialını nümayiş etdirsin, sənaye məhsullarını Gürcüstan və digər ölkələrə tanıtdırsınlar. Bu gün bu sərgidə 25 İran şirkəti iştirak edir. 10 gün bundan əvvəl Bakıda da belə sərgi keçirdik”.

“Təbriz Petrolium” şirkətinin direktoru Şəhriyar Qiyabani APA-ya açıqlamasında müxtəlif yanacaq məhsullarını Əfqanıstan, İraq, eyni zamanda Azərbaycanın Naxçıvan Muxtar Respubıikasına satdıqlarını bildirib: “Biz yaxın ölkələrə məhsulumuzu satırıq. İstəyirik ki, bizi Azərbaycanın digər bölgələrində və Gürcüstanda da tanısınlar və bilsinlər ki, yaxınlıqda da neftayırma zavodu var. Sərgidə iştirak etməkdə məqsədimiz də budur. Biz müxtəlif ölkələrlə ticarət əlaqələrimizi genişləndirmək istəyirik, eyni zamanda Gürcüstanda nümayəndəliyimizi açmaq istəyirik.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR