Səhiyyə Nazirliyi vətəndaşlara İmmunlaşdırma təqvimi haqqında məlumatları elektron xidmət vasitəsi ilə çatdıracaq

Səhiyyə Nazirliyi vətəndaşlara İmmunlaşdırma təqvimi haqqında məlumatları elektron xidmət vasitəsi ilə çatdıracaq
# 13 fevral 2013 11:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vətəndaşlara İmmunlaşdırma təqvimi haqqında məlumatları elektron xidmət vasitəsi ilə çatdıracaq. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda test mərhələsində olan bu xidmətdən bütün mobil operator istifadəçiləri faydalana biləcəklər. Bunun üçün vətəndaşlar istənilən mobil operatordan "peyvənd" sözünü və uşağın elektron sağlamlıq kartındakı unikal kodunu yazaraq 9103-ə mesaj göndərməlidir. Bundan sonra onlara uşağın növbəti peyvəndinin adı və tarixi barədə məlumat veriləcək.

Elektron sağlamlıq kartlarının verilməsi ölkə üzrə tətbiq edildiyi üçün bu xidmət ölkə üzrə həyata keçiriləcək. İmmunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması xidməti Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş elektron xidmətlərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR